28 Yanvar 2016 16:55
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kristal Palas"ın yeni transferi Emanuel Adebayor maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, toqolu futbolçu yeni komandasını tanımadığını bildirib:

"Yeni klubumu tanımıram. "Kristal Palas" haqda elə də çox məlumatım yoxdur. Ancaq öyrənmək hər zaman yaxşıdır. "Google" axtarış sisteminə daxil olaraq yeni komandam haqda yeni məlumatlar əldə edəcəm".

Qeyd edək ki, 31 yaşlı futbolçu daha öncə Premyer Liqada "Arsenal", "Mançester Siti" və "Tottenhem" kimi klublarda çıxış edib.


Müəllif: