28 Yanvar 2016 20:12
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə MMA üzrə “Azerbaijan Fighting Championship” seriya yarışları başlayır.

Publika.az xəbər verir ki, ilk yarış yanvarın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Turnir “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “Qəbələ” İdman Klubu və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək.

Sabah - yanvarın 29-u saat 11:00-da "Qafqaz Point Hotel"də çəkiölçmə və turniröncəsi mətbuat konfransı keçiriləcək.


Müəllif: