28 Yanvar 2016 19:13
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın voleybolçu qadınlardan ibarət komandalarının Avropa kuboklarındakı rəqibləri müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, Çempionlar Liqasında mübarizəni davam etdirən "Lokomotiv" İsveçrə "Volero"suna rəqib olub.

Sürixi təmsil edən komandanın heyətində Azərbaycan yığmasının üzvü Natalya Məmmədova da çıxış edir.

"Azəryol" isə CEV Kubokunun Çelenc mərhələsində İtaliyanın "İqor Qorqonzola" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk görüşlər 9 - 11 fevralda Bakıda olacaq. Cavab qarşılaşması isə 22-24 martda Sürixdə təşkil ediləcək.


Müəllif: