30 Yanvar 2016 21:28
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arsen Venqer 1996-cı ildən "Arsenal"ın baş məşqçisidir. Onun komandası hər zaman baxımlı oyun göstərsə də, bəzən şanssızlıq, bəzən heyətdəki zədələr mövsümün titulsuz başa vurulması ilə nəticələnib.

Təcrübəli mütəxəsis özünü "Arsenal"dan başqa klubda görmədiyini diqqətə çatdırıb.

"Müqaviləmin sonuna 18 ay var. Futbolda bu, əbədiyyətə bərabərdir. "Arsenal"dakı işimə köklənmişəm. Sona qədər diqqətimi bu işə vermək istəyirəm. Eyni şeylər növbəti mövsümə də aiddir. Özümü başqa klubun məşqçisi görmürəm. Bunu təsəvvürümə gətirmək belə mənə çətindir. Yüksək səviyyədə məşq keçməyəndən sonra da, işimi davam etdirəcəm. Bəlkə də, yeni vəzifəm idman direktoru və ya aşağı yaş qruplarının məşqçiliyi olacaq. Müxtəlif variantlar var. Amma heç vaxt FİFA-da işləməyəcəm. Bunu gözləməyin".(goal.az)


Müəllif: