10 İyun 2014 09:45
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

12-13 iyunda Braziliyada keçiriləcək 2014 Dünya Çempionatı öncəsi bir sıra futbolçular zədələnib.

Teleqraf.com-un məlumatına görə, Braziliyada keçiriləcək dünya çempionatına az gün qalmış Neymar zədələndiyi xəbəri yayılıb.

Aldıqları zədə ucbatından dünya çempionatında iştirakı təxirə düşən Riberi, Falkao, Reus, Benteke, Montolivo, Strutman kimi ulduzlardan sonra Neymar da məşqdə zədələnib.

Çempionatın açılış matçında oynanılması planlaşdırılan Xorvatiya oyunu üçün məşü edən sambaçı ulduz biləyini incidib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu və DÇ-da iştirak edib-etməyəcəyi məlum deyil.


Müəllif: