10 İyun 2014 10:17
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türkiyəli futbolçu, “Atletiko Madrid” və Türkiyə millisinin oyunçusu Arda Turan avtomobili ilə sürət həddini aşaraq radara düşüb.

Hadisə futbolçu qardaşı ilə dincəlmək üçün İzmirə gedərkən Bursa şəhərində baş verib.

Məlumata görə, 27 yaşlı futbolçu saatda 175 km sürətlə hərəkət edərkən radara düşüb və 356 lirə (134 azn) cərimə olunub.

Eyni avtomobildə olan qardaşı Okan Turan cərimə çekinin və Arda Turanın şəklini çəkərək sosial şəbəkədə paylaşıb./anspress/


Müəllif: