"Bavariya"nın baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdən "Mançester Siti"ni çalışdıracağı dəqiqləşib.
Son həftədə ispan mütəxəssislə bütün müqavilə şərtlərini yoluna qoyan ingilislər 3 illik razılaşma əldə edib.
Hazırki baş məşqçi Manuel Pelleqrini və futbolçulara hörmət olaraq, rəhbərlik bu qərarın indidən publikaya açıqlanmasını məqbul sayıb.
Bununla da gəzən söz-söhbətlərin komanda üzərində psixoloji gərginlik yaratması əngəllənib.