"Real"ın hücumçusu Kriştiano Ronaldo Mərakeşə uçması ilə bağlı qoyulan qadağanı pozub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu, La Liqanın 22-ci turunda "Espanyol"la keçirilən oyundan (6:0) sonra baş verib. Portuqaliyalı futbolçu het-trik etdiyi görüşdən bir neçə saat sonra klub prezidenti Florentina Perezin qadağasına məhəl qoymayaraq dostu Bard Harinin yanına gedib.
Qeyd edək ki, Perez komandadakı nizam-intizamı qorumaq və klubun imicə xələl gəlməməsi üçün Ronaldonun Mərakeşə səfər etməsinə qadağa qoyub. Lakin nə Perez, nə də klubun baş məşqçisi Zinəddin Zidan onu bu vərdişindən çəkindirə bilməyib.