"Korboba" ilə müqavilə imzalayan millimizin futbolçusu Eddi İsrafilov yığmadakı çıxışı barədə açıqlama verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, millidəki yerini itirmək istəmədiyini deyib:
"Burada mütəmadi olaraq oynasam, milliyə çağırılaram. Millinin baş məşqçisi Prosineçki ilə yaxşı münasibətim var. Bununla bağlı problem olmayacaq".
Qeyd edək ki, müqavilə ilə "Real Mursiya"ya məxsus olan E.İsrafilov bu mövsümün sonuna kimi icarə əsasında "Kordoba"da çıxış edəcək.