5 Fevral 2016 00:35
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya kubokunun yarımfinalında "Valencia"nın "Barcelona"ya 7 cavabsız qolla uduzması "yarasalar"ın futbol əfsanələrini də narazı salıb.

Albelda, Kanizares kimi sabiq futbolçular buna kəskin reaksiya göstərib. Goal.az xəbər verir ki, Kanizares tvitter səhifəsində Qari Nevilli istefaya dəvət edib.

"Valencia"nın bugünkü məğlubiyyəti indiyə qədər gördüyüm ən pis nəticə idi. Nevillin istefa verib üzr istəməsini görmək istəyirəm. Bunu etməməsi məni təəccübləndirdi. Nevillin düzgün insan olduğunu düşünürdüm. Qarsiya Pitark (klubun direktoru) fevralın 1-i dediyi kimi, hələ də Qariyə güvənirsə, sözüm yoxdur. Pitark yalan deyibsə və sabah məşqçinin istefası məsələsini qaldırsa, özü də "Valencia"dan getməlidir".

Kanizares matçda qırmızı vərəqə alan Şkodran Mustafini də unutmayıb. "Yenilgidən daha pis döyüşdən qaçmaqdır. Baş verənlər belə futbolçuların çətin vəziyyətdə nə edə biləcəyi barədə bizdə təsəvvür yaratmalıdır. Mustafi əsl üzünü göstərdi və azarkeşlərin buna qiymət verəcəyini düşünürəm. Sadəcə istəyirəm ki, bu ilki hadisələr pisi yaxşıdan ayırmağımıza kömək etsin. Bunu etsək, irəli gedərik. Nəhayət, bunlar "Valencia" sadiqliyimizi sınayır. Qərar tələb etmək məsuliyyətdir, qaçmaq yox".


Müəllif:

Oxşar xəbərlər