6 Fevral 2016 17:40
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyasının İntiam komitəsi aşağı divizionda çıxış edən "Amedspor"un futbolçusu Deniz Nakini cəzalandırıb. O, 12 oyunluq diskvalifikasiya və 4600 funt cərimə ilə üzləşib.

Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, kürd əsilli oyunçu Türkiyə Kubokunda "Bursaspor"la qarşılaşmada ideoloji təxribata əl atması və idmana yaraşmayan hərəkətə görə analoji cəzanı alıb. 26 yaşlı futbolçu "Bursaspor" üzərindəki qələbədən sonra Feysbuk səhifəsindən bu sözləri yazmışdı:

"Bu qələbəni torpaqlarımızda baş verən repressiyalar nəticəsində həyatını itirmiş insanlara həsr edirik. Bu hadisələr 50 gün davam etsə də, meydana başıuca çıxdıq. Azadlığa inandıqdan sonra qalib gəldik".

Nakinin komandası "Amedspor" isə ölkə kubokunun 1/4 finalında ev matçını boş tribunalar önündə keçirməli olacaq.

Qeyd edək ki, son həftələr Türkiyə silahlı qüvvələri terrorizmlə mübarizə üçün kürdlərin kompakt yaşadığı bir sıra məntəqlərdə əməliyyat aparır.


Müəllif:

Oxşar xəbərlər