Almaniya Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib.
Millimizin üzvü Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna"nın ikinci komandası da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə "Köln II" ilə qarşılaşıb. Oyun Eratın komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin yarımmüdafiəçsi 85-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, "Fortuna" hazırda 31 xalla 7-ci pillədə qərarlaşıb./Qol.az