8 Fevral 2016 11:17
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının 1/4 finalçıları müəyyənləşib.

Publika.az xəbər verir ki, D qrupunu ikinci pillədə başa vuran Azərbaycan yığmasının da rəqibi bəlli olub.

Komandamız C qrupunun qalibi Rusiya ilə üz-üzə gələcək. Millimizlə eyni qrupda yer alan İtaliya yığması isə C qrupunun ikincisi Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 8-9 fevral tarixlərində keçiriləcək.

Futzal. AÇ-2016, 1/4 final

Serbiya - Ukrayna
Portuqaliya - İspaniya
Rusiya - Azərbaycan
Qazaxıstan - İtaliya


Müəllif:

Oxşar xəbərlər