AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com qurumun saytına istinadən məlumat verir ki, iclasda Premyer Liqanın XX turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Belə ki, fevralın 5-də Premyer Liqanın XX turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jaro Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).
Oyunun 89-cu dəqiqəsində isə “Rəvan” klubunun 86 №-li futbolçusu Hamid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Fevralın 6-da Premyer Liqanın XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 2-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Sumqayıt” – “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Fevralın 7-də Premyer Liqanın XX turunun “Kəpəz” – AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.