“Çelsi”dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyonun yeni klubu müəyyənləşib.
Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis gələn mövsüm "Mançester Yunayted"i çalışdıracaq.
İngiltərə mətbuatının məlumatına görə, Mourinyo yaxın dostlarına "Mançester Yunayted"lə anlaşdığını deyib. Ötən həftə onun "Qırmızı şeytanlar"la danışıqlara başlaması barədə xəbərlər yayılmışdı.