11 Fevral 2016 00:20
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin futbolçusu Loik Remi karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın "Le10Sport"a istinadən verdiyi məlumata görə, fransız futbolçu "Şanxay Şenhua" klubunun maraq dairəsinə düşüb.

"Çelsi" klubu da 20 milyon avro qarşılığında Remini Çin təmsilçisinə satmağa razılıq verib. Lakin 29 yaşlı futbolçu "Şanxay Şenhua" klubunda ilinə 9 milyon avro maaş almaq niyyətindədir.

Çin klubu isə Remiyə ilinə 7 milyon avro təklif edib. Klublar arasında razılıq əldə olunsa da, hələlik tərəflər futbolçunun qərarını gözləyir.


Müəllif:

Oxşar xəbərlər