12 Fevral 2016 00:18
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Ştutqart" - "Borussiya" (Dortmund) matçında ilginc hadisə baş verib.

Qonaq komandanın azarkeşləri bilet qiymətlərinin yüksək olmasına etiraz edərək meydana yüzlərlə tennis topları atıb.

Nəticədə baş hakim oyunu qısa müddətliyinə dayandırıb. Meydan tennis toplarından təmizləndikdən sonra matç qaldığı yerdən davam etdirilib.

Qeyd edək ki, oyun 3:1 hesabı ilə Dortmund təmsilçisinin xeyrinə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər