13 Fevral 2016 16:37
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya Premyer Liqasında 22-ci tura start verilib.

Qol.Az-ın məlumatına görə, açılış matçında əzəli rəqiblər "Portu" və "Benfika" komandaları qarşılaşıb. "Estadio da Luz" stadionunda keçirilən oyunda "Portu" "Benfika"ya 2:1 hesabı ilə qalib gəlib.

"Benfika" - "Portu" - 1:2
Qollar: Konstantinos Mitroğlu, 18 (1:0), Hektor Herrera, 28 (1:1), Vinsent Aboubakar, 65 (1:2)

Bu qələbə ilə "Portu" xalını 49-a yüksəldib və 3-cü pillədəki yerini qoruyub. "Sportinq" və "Benfika" 52 xalla 1-2-ci pillələri bölüşdürür.


Müəllif: