14 Fevral 2016 19:12
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.

Teleqraf.com-un məlumatına görə, "Arsenal" Premyer Liqanın lideri "Lester Siti"ni qəbul edib. Görüş "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 51-ə çatdıran "Arsenal" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. "Lester Siti" isə məğlubiyyətə baxmayaraq liderliyini qoruyub.

"Arsenal" - "Lester Siti" - 2:1
Qollar: Vardi, 45 (0:1), Uolkot, 70 (1:1), Uelbek, 90+5 (2:1)


Müəllif: