Braziliyanın "San Paulo" klubunun prezidenti Karlos Migel Aidar keçmiş futbolçusu Kakanı yenidən transfer edə biləcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, prezident bu barədə “Espn Brasil”ə müsahibəsində deyib:
“Rəsmi olaraq onu deyə bilərəm ki, Kaka qayıtmaq istəsə, onu almağa hazırıq.
Əgər Kakanı heyətimizə qatsaq, FİFA-ya 12 oyunçuyla oynamaq istədiyimizə dair məktub göndərə bilərik. Qanso, Pato, Kardeç və Luis Fabianoyla birlikdə oynamağını çox istəyərdim” – deyərək zarafatyana bir cavab verib.
Aygün İlqarqızı