11 İyun 2014 12:39
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva “Spartak”ının futbolçusu Kosta Alberto (Tino Kosta) “Atletiko”ya keçməyə yaxındır.

Teleqraf.com xəbər verir ki, argentinalı futbolçu artıq Madrid təmsilçisi ilə ilkin razılığa gəlib.

İspaniya mətbuatının iddiasına görə, “Valensiya”nın keçmiş futbolçusu yenidən İspaniyaya dönmək istədiyi üçün Rusiya premyer liqasını tərk edir.

Artıq klublar arasındakı danışıqlar başa çatmaq üzrədir. Yaxın günlərdə tərəflər bu barədə məlumat verəcəklər.

Aygün İlqarqızı


Müəllif: