17 Fevral 2016 23:35
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya"nın yarımmüdafiəçisi İlkay Gündoğan komandadan ayrılmaq qərarına gəlib.

Türk əsilli alman futbolçu Dortmund təmsilçisi ilə müqaviləsini yeniləmək istəməyib.

25 yaşlı futbolçunun "Borussiya" ilə müqaviləsi 2017-ci ildə başa çatacaq. Almaniya klubu gələn il azad agent statusu alacaq futbolçunu artıq mövsümün sonunda satmağı planlaşdırır. Onunla "Real" (Madrid), "Yuventus" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

Qeyd edək ki, cari mövsüm Bundesliqada 20 oyun keçirən İ.Gündoğan 1 qol vurub və 2 məhsuldar ötürmə verib.


Müəllif:

Oxşar xəbərlər