18 Fevral 2016 09:28
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/16 final mərhələsinin ilk oyunları davam edir.

Bu gün daha iki qarşılaşma keçirilib. Günün ən çox maraq doğuran oyunu İtaliyada baş tutub. Paytaxt Romanın eyniadlı komandası Madridin "Real" klubunu qəbul edib. Hər hissədə bir qol vuran "kral klubu" görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Bu, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Çempionlar Liqasında ilk qələbəsi olub.

"Volfsburq" isə səfərdə Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.

17 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 0:2
Qollar: Ronaldo, 57 (0:1), Xese, 86 (0:2)

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:3
Qollar: Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (1:3), Koulibali, 89 (2:3)

Qol.az




Müəllif:

Oxşar xəbərlər