PSJ-nin və İsveç millisinin forvardı Zlatan İbrahimoviç növbəti mövsümdən “Mançester Yunayted”in şərəfini qoruya bilər.
Bu barədə İngiltərə mətbuatı xəbər yayıb. İngilis həmkarlarımızın yazdığına görə, növbəti mövsümdən mankunianların baş məşqçi postunda Lui Van Qalı əvəzləyəcəyi gözlənilən Joze Mourinyo, isveçli forvardı komandasında görmək istəyir.
İsveçli hücumçu bir müddət öncə “Premyer Liqada oynayacaq fiziki gücüm var” açıqlamasıyla gündəmə gəlmişdi. Mourinyo isə İbrahimoviç barədə “tanıdığım ən yaxşı hücumçudu” demişdi.
İbrahimoviç 2008/09 mövsümündə “İnter”də Mourinyonun rəhbərliyi altında oynayıb.
Xatırladaq ki, bir müddət öncə Mourinyo “Mançester Yunayted”in “sükanı arxasına” keçəcəyi halda, "Çelsi"dən Con Stons, "Benfika"dan Nikolas Qaytan, "Barselona"dan Neymar və "Real"dan Qaret Beylin transferini rəhbərlikdən tələb edəcəyi barədə xəbərlər yayılmışdı.