18 Fevral 2016 17:04
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının 1/16 final mərhələsində İtaliyanın “Latsio” klubu ilə qarşılaşacaq “Qalatasaray” UEFA-ya müraciət edib.


Publika.az xəbər verir ki, İstanbul klubu dünən Ankarada baş verən terror hadisəsinə görə meydana qara sarğıda çıxmaq fikrindədir.


Türkiyə mətbuatının yazdığına görə, qitə futbol qurumu hələ ki, müraciətə cavab verməyib. Əgər müsbət cavab alınmasa, “Qalatasaray” meydana qara forma ilə çıxacaq.

Xatırladaq ki, dünən Türkiyənin paytaxtı Ankarada törədilən qanlı terror hadisəsi nəticəsində 26 nəfər həlak olub, 30-dan çox vətəndaş isə xəsarət alıb.


Müəllif:

Oxşar xəbərlər