20 Fevral 2016 22:55
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə beynəlxalq Qran-Pri turniri davam edir. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.


Belə ki, millimiz aktivinə mötəbər turnirin ilk medalını yazıdırıb. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ikinci pilləni tutub.


Cüdoçumuz finala gedən yolda belaruslu Aleksey Ramançuk, qazaxıstanlı Didar Həmzə, monqolustanlı Xadbatar Naranxu üzərində qələbə qazanıb.


Rüstəm yarimfinalda Gürcüstan cüdoçusu, London olimpiadasinin qalibi Laşa Şavdatuaşvilini məğlub edib. Lakin həlledici görüşdə Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzan Orucov Qran-Prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu və Rüstəm Alimli isə (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıblar.


Müəllif: