Fevralın 18-20-də Antalyada təşkil edilən dördüncü klublararası Avropa çempionatında ölkəmizi təmsil edən “Gilan” taekvondo klubu gənclər arasında ümumi komanda hesabında ilk pilləyə sahib olub.
AZƏRTAC xəbər verir ki, Avropanın 170 klubunun iştirak etdiyi çempionatın ikinci günü mübarizəyə qoşulan “Gilan”, “Sumqayıt” taekvondo klublarının və “Təhsil” Respublika İdman Mərkəzinin gənc idmançılarından oğlanların yarışında Gülsüm Gültəkin (59 kq) qızıl, Ələsgər Əliyev (68 kq) və Orxan Tağızadə (78 kq-dan yuxarı) gümüş, Cavid Məmmədov (48 kq), Əli Məmmədov (59 kq) və Mərt Çiçək (73 kq) isə bürünc medal qazanıblar.
Qızların mübarizəsində isə Nərgiz Mirzəyeva (44 kq) gümüş, Aliyə Zeynalova (44 kq) bürünc, Mehriban Məmmədova (42 kq) bürünc medala layiq görülüblər.
Tam heyətlə çempionata qatılan “Gilan” taekvondo klubu yarışda gənc oğlanlar arasında birinci yer, gənc qızlar arasında isə 3-cü yerə layiq görülüb.