Boks üzrə milli komandamız təlim-məşq toplanışını keçirmək üçün Amerika Birləşmiş Ştatlarına yollanıb.
ABŞ-ın Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan təlim-məşq toplanışı 10-12 gün davam edəcək. İdmançılarımız okeanın o tayında həm amerikalı boksçularla, həm də meksikalı idmançılarla birlikdə bir arada məşqlərini davam etdirəcək.
Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında komandamız ABŞ-a bu heyətlə yollanıb:
49 kq – Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə
56 kq – Tayfur Əliyev
56 kq – Cavid Çələbiyev
60 kq – Albert Səlimov
64 kq – Lorenso Sotomayor
69 kq – Pərviz Bağırov
75 kq – Kamran Şahsuvarlı
81 kq – Teymur Məmmədov
91 kq – Abdulkadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov
Publika.az