21 Fevral 2016 16:44
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Sequndasında 26-cı tura start verilib.

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" səfərdə "Ponferradina" ilə qarşılaşıb. Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

E.İsrafilov matça start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin hücumçusu ötən iki oyunda olduğu kimi bu görüşdə də sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Kordoba" 26 turdan sonra 43 xallla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. (qol.az)


Müəllif: