17-21 fevral 2016-cı il tarixlərində Fransanın Mets şəhərində yeniyetmə və azyaşlılar arasında keçirimiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, 29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilib.
Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finala qədər yüksələrək Fransanın komandasına məğlub olublar.
Yeniyetmə oğlanlardan ibarət komandamız isə 1/2 finalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə ediblər. Komandamız finalda II yer tutaraq gümüş medal qazanıb.