Yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracağı gözlənilən "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo Mançesterdə ev kirayələyib.
Portuqaliyalı mütəxəssisin bu addımı onun "Mançester Yunayted"i çalışdıracağı iddialarını daha da gücləndirib.
Qeyd edək ki, Mourinyonun İngiltərə klubu ilə razılığa gəldiyi iddia edilir.