Futbol tarixində qeydə alınan unudulmaz hakim səhvlərini təqdim edirik:
2009-cu ildə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Fransa - İrlandiya matçında Tyerri Anri topu əli ilə önünə atsa da, hakim bunu görməyib. Epizodun davamında isə o, Qallasın qol vurması üçün məhsuldar ötürmə verib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşdığı üçün İrlandiya final mərhələsinə qatıla bilməmişdi.
Çempionlar Liqası çərçivəsində keçirilən "Şalke" - "Bazel" matçında meydan sahiblərinin 4 futbolçusu ofsaytda olsa da, qarşılaşmanın yan xətt hakimi bayrağını qaldırmadı və Joel Matip topu qapıya göndərdi.
Almaniya Bundesliqası çərçivəsində oynanılan "Hoffenhaym" - "Bayer" qarşılaşmasında Kisslinqin zərbəsi çöldən torun deşiyindən qapıya daxil olsa da, hakim mərkəzi göstərmişdi. Meydan sahibləri qərardan etiraz etmək niyyətində olsa da, FİFA-nın "Hakimin qərarları dəyişməz" qanunu bunun qarşsını aldı.
2002 -ci ildə Dünya Çempinatının 1/8 finalı çərçivəsində keçirilən İtaliya ilə Cənubi Koreya matçının hakimi Bayrron Moreno birincilərin təmiz qoplunu saymamışdı. Bu azmış kimi, Françesko Tottiyə hakimi aldatmağa cəhdə görə qırmızı vərəqə verilmişdi. Nəticədə İtaliya yarışı tərk etmişdi.
1994-cü ildə Almaniya Bundesliqası çərçivəsində keçirilən "Bavariya" - "Nunberq" matçında birincilərin futbolçusu Tomas Helmerin zərbəsi çölə çıxsa da, hakim "qol" demişdi. "Nunberq"in etirazından sonra qarşılaşma yenidən oynanılmışdı.
1986-cı ildə Dünya Çempionatının 1/4 mərhələsi çərçivəsində keçirilən Argentina - İngiltərə matçında Maradona topu qapıya əli ilə göndərib, hakim mərkəzi göstərmişdi.
/Sport7.az/