11 İyun 2014 23:59
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" "DÇ-2014" başa çatdıqdan sonra yeni mövsüm üçün transferlər edəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib ki, tez bir zamanda heyətə yeni futbolçular cəlb etməyi düşünmürlər:

"Çox yaxşı heyətimiz var. Futbolçularım əsas heyətdə yer almaq üçün çalışırlar. Onlardan razıyam. Transferlər etmək üçün tələsmək lazım deyil. Dünya çempionatı başa çatana kimi futbolçu almayacağıq".

Qeyd edək ki, "Real"ın Luis Suarez ("Liverpul"), Arturo Vidal və Pol Poqba (hər ikisi "Yuventus") ilə maraqlandığı iddia edilir.


Müəllif: