AFFA Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Faciənin 24-cü ildönümü ilə əlaqədar bu gün qurum əməkdaşları və 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvləri Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edib.
Onlar şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.