“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.
Britaniya mətbuatı xəbər verir ki, o, “Mançester Yunayted“lə qarşılaşmaqdan məmnun olduğunu deyib:
“Bu mərhələyə yüksəlməyə layiq idik. 1/8 finalda asan oyun yoxdur. Dünən futbolçularıma “Mançester Yunayted“lə qarşılaşmaq istədiyimizi söyləmişdim”.
Qeyd edək ki, bu komanalar arasında ilk oyun martın 10-u, cavab qarşılaşması martın 17-i keçiriləcək./Qol.Az/