“Barselona”nın futbolçusu Neymarın Braziliya hökuməti ilə vergi qalmaqalı böyüyür.
Məhkəmə futbolçunun vertolyotu ilə bağlı da həbs qərarı çıxarıb. Vertolyot futbolçunun bir müddət əvvəl həbs qərarı tətbiq olunan əmlakının arasında olmayıb.
Vertolyotun qiyməti 3,8 milyon dollardır. Məhkəmə futbolçuya vertolyotdan istifadə etməyə icazə verib. Amma Neymar onu sata bilməz. Neymarın və ailəsinin dondurulmuş aktivlərinin dəyəri 44 milyon avroya çatıb.
Futbolçu 2011-2013-cü illərdə vergidən yayınmaqda ittiham olunur. Braziliya hakimiyyəti Neymarın 14,5 milyon vergi ödəməli olduğunu bildirir.(publika.az)