29 Fevral 2016 21:51
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli komandadan ayrılmaq üzrədir.

67 yaşlı mütəxəssis klubun "Florya Metin Oktay" bazasına gedərək futbolçular və klub əməkdaşları ilə vidalaşıb.

O, daha sonra "Qalatasaray"ın prezidenti Dursun Özbeklə görüşüb. Superliqanın 23-cü turunda səfərdə "Qaziantepspor"a məğlubiyyətdən (0:2) sonra istefa vermək qərarı aldığı bildirilən türkiyəli mütəxəssis komandanın bu gün baş tutan məşqinə də çıxmayıb.

Qeyd edək ki, Mustafa Dənizlinin gün ərzində istefasının rəsmən açıqlanacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər