“Neftçi” klubunun iki futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqava” komandasına icarəyə verilib.
Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, müqaviləyə görə hər iki futbolçumuz 2016-cı il iyunun 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcəklər.
Qeyd edək ki, Latviya çempionatının (2012) və kubokunun (2008) qalibi olmuş “Dauqava” 2 dəfə (2011 və 2013-cü illərdə) bürünc medala sahib çıxıb. Heyətində 4 ukraynalı futbolçu olan “Dauqava” klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniles Yakovlevs qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib.