12 İyun 2014 16:43
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-20-də Slovakiyanın Snina şəhərində güləş üzrə yeniyetmələr arasında Dünya çempionatı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.
Çempionata hazırlığı davam etdirən sərbəst güləş yığmamız Xaçmaz Olimpiya İdman Kompleksində, yunan-Roma güləşi üzrə yığmamız isə İsmayıllı Olimpiya İdman Kompleksində təlim məşq toplanışlarını davam etdirir.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri təlimlərə iyunun 4-dən başlayıb. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Rövşən Hacıyev və Marian Stoynevin rəhbərliyi altında heyətdə 22 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyunun 16-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə, iyunun 9-dan təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında heyətdə 18 idmançı yer alıb. Təlimlər iyunun 22-dək davam edəcək.

Aygün


Müəllif: