"Real"ın prezidenti Florentino Peres yayda vəzifəsindən gedə bilər.
O, tezliklə prezident seçkiləri keçirərək vəzifəsini başqasına təhvil vermək niyyətindədir.
Peresin istefa vermək istəməsinin səbəbləri sırasında "Real"ın cari mövsüm istənilən səviyyədə çıxış etməməsi və azarkeşlərin komandadan narazı qalması göstərilir. Bu səbəblərə görə onun qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyəcəyi bildirilir.
Qeyd edək ki, ilk dəfə 2000-2006-cı illərdə "Real"da prezident vəzifəsini icra edən Peres ikinci dəfə 2009-cu ildə klubun prezidenti seçilib.