"Xəzər Lənkəran"nın sabiq qapıçısı Vyekoslav Tomiçin yeni komandası müəyyənləşib.
Xorvatiyalı qolkiper karyerasını Sloveniyada davam etdirəcək.
Tomiç bu ölkənin "Koper" klubu ilə rəsmi müqavilə imzalayıb. Bununla da, Tomiç Sloveniyanın "Domjale" klubunda forma geyinən azərbaycanlı futbolçu Samir Məsimova rəqib olub.
Qeyd edək ki, 2014/2015 mövsümündə "Xəzər Lənkəran"da çıxış edən Tomiç Lənkəran təmsilçisinin heyətində 21 oyun keçirib.(qol.az)