6 Mart 2016 01:57
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şosse velosipedi üzrə “Synergy Baku” kontinental komandası 2016-cı il mövsümündə ilk uğurunu əldə edib.

Trend-in məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Xorvatiyada keçirilən birgünlük “Porec Trophy” yürüşü komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

Sayca 14-cü dəfə təşkil edilən yarışa Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Yosip Rumaç və Yannis Tamuridisdən ibarət heyətlə qatılan “Synergy Baku”nun komanda işi uğurlu sonluqla nəticələnib. 156,5 km-lik məsafəni 3 saat, 23 dəqiqə, 25 saniyəyə qət edən Müqerli ən yaxın izləyicisini 1 saniyə qabaqlayıb və starta çıxan 192 velosipedçi arasında finiş xəttini birinci keçməklə “Porec Trophy”nin 3 qat qalibi olub.

Məsələ burasındadır ki, hələ Sloveniyanın “Adria Mobil” komandasının heyətində çıxış edərkən Müqerli 2012 və 2013-cü illərdə də adı çəkilən yarışın qalibi olmuşdu. 2014-cü ildə isə bu yarışda “Synergy Baku” və Azərbaycanın Elit yığma komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin çempionluq sevinci yaşamışdı.


Müəllif:

Oxşar xəbərlər