Türkiyədə futbol matçında hakim dünyasını dəyişib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkəsirdə keçirilən həvəskar liqa qarşılaşmasında qeydə alınıb. 17 yaşındakı Halil Berke Aygün adlı hakim oyunun 32-ci dəqiqəsində yerə yıxılıb.
Dərhal xəstəxanaya aparılan hakimin infarkt keçirdiyi məlum olub. Gənc hakim müdaxilələrə baxmayaraq xilas edilməyib. Qarşılaşma köməkçi hakim tərəfindən davam etdirilib. "Gündoğan Çeltikspor" - "Bostancıspor" qarşılaşmasında ev sahibi 2-1 hesabı ilə qalıb gəlib.
Digər həvəskar liqa qarşılaşmasında "Üzümlüspor" - "Göbelspor" üz-üzə gəlib. Futbolçular və hakimlər meydançaya çıxıb hazırlaşarkən Aygünün dünyasını dəyişdiyi xəbəri gəlib. Bu məlumatdan sonra hakim Aykut Kuvvətli matçı təxirə salıb.
Rüstəm