PSJ-nin futbolçuları Marko Veratti və Blez Matyuidi Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə qarşı cavab matçında oynayacaqlar.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki oyunçunun adı sözügedən qarşılaşma üçün heyətə daxi edilib.
Qeyd edək ki, Veratti və Matyuidinin zədə səbəbindən London klubu ilə oyunu buraxa biləcəyi bildirilirdi.