9 Mart 2016 08:53
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın idman nəşri "Marca" “Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi olan məşhur pilot Fernando Alonsonun Bakıya səfərindən yazıb. Məqalədə F. Alonsonun Bakıdakı hazırlıq işlərindən məmnun qaldığı vurğulanır.

Yazı müəllifi hesab edir ki, Bakıda qurulan yolun ən maraqlı hissələrindən biri Qala divarları yaxınlığından ötən və eni cəmi 7,6 metr olan döngədir. Yarışda kimin qalib gələcəyi pilotların məhz bu hissəni necə keçəcəyindən asılı olacaq.

Məqalədə Bakının gözəl məkanlarından fotolara da yer verilib.


Müəllif:

Oxşar xəbərlər