13 İyun 2014 01:01
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın San-Paulu şəhərində futbol üzrə dünya çempionatının açılış mərasimi başa çatıb. Ağzına qədər dolan stadionda minlərlə könüllü azarkeşləri milli rəqslər və səhnələşdirilmiş tamaşalarla əyləndirib.

Açılış mərasimi təxminən 25 dəqiqə davam edib. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb. Maraqlıdır ki, açılış mərasiminə Cennifer Lopez də qatılıb.

Bu dəqiqələrdə çenpionatın ilk oyunu başlayır. İlk qarşılaşma Braziliya və Xorvatiya milliləri arasında keçirilir.

Nihad


Müəllif: