Portuqaliyalı baş məşqçi Joze Mourinyo iyul ayından etibarən yenidən işinə davam edəcək.
Bu barədə 53 yaşlı mütəxəssisin özü açıqlama verib.
"BT Sport" telekanalına qonaq qismində qatılan Mourinyo yayda yenidən klubda çalışacağını bildirib. Lakin portuqaliyalı mütəxəssis konkret olaraq hansı klubda işləyəcəyini açıqlamayıb.
Qeyd edək ki, Mourinyonun mövsümün sonunda ya "Mançester Yunayted"də Lui Van Qalı, ya da "İnter"də Roberto Mançinini əvəzləyəcəyi gözlənilir. //Qol.az