Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.
Bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaq.
59 kq
1/16 final - Taleh Məmmədov - Virgil Muntenau (ROU)
66 kq
1/8 final - Kamran Məmmədov - Carl Anders Poul Ekstroem (DEN)
98 kq
1/8 final - Aleksandrs Safonovs (LAT) - Orxan Nuriyev
130 kq
1/16 final - Oleksandr Çernetskiy (UKR) - Sabah Şəriəti
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.