13 Mart 2016 11:09
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur.

71 kq
1/16 final - Kristaps Kalnakarklis (LAT) - Həsən Əliyev

75 kq
1/16 final - Elvin Mürsəliyev - Jevgenijs Kolcovs (LAT)

80 kq
1/16 final - Rafael Samurqaşev (MNE) - Rafiq Hüseynov

85 kq
1/16 final - Tadeusz Mixalik (POL) - İslam Abbasov

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq


Müəllif:

Oxşar xəbərlər