"Bavariya"nın müdafiəçisi David Alaba "Mançester Siti"nin təklifini rədd edib.
Avstriyalı futbolçu Münhen təmsilçisi ilə müqavilə yeniləməyə qərar verib.
Yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Alabanı özü ilə aparmaq istəsə də, 23 yaşlı futbolçu Münhendə qalmağı üstün tutub. "Bavariya" ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq Alaba ilinə 12 milyon avro qazanacaq.
Qeyd edək ki, 2010-cu ildən "Bavariya"da çıxış edən Alaba keçirdiyi 127 oyunda 9 qol vurub.(qol.az)